Dunay çayında gəmi donub

Dunay çayında gəmi donub Dunay çayının Rumıniyanın Kalaraş şəhəri yaxınlığından keçən hissəsində göyərtəsində dənizçilərin olduğu gəmi donub. Gəmidə ərzaq və su bitdiyindən Rumıniya Daxili İşlər Nazirliyi tərəfindən helikopter vasitəsilə oraya yardım göndərilib.
Son günlər Avropada hökm sürən soyuq hava şəraiti quru, hava və su nəqliyyatında hərəkətin iflic olması, bəzi bölgələrdə elektrik enerjisinin verilməsində fasilələrin yaranmasına gətirib çıxarıb. Sinoptiklərin məlumatına görə, Avropanın bir çox bölgələrində soyuq hava şəraiti bu həftə də davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər