Xəbərdarlıq - avqustin birinci ongünlüyündə isti hava şəraiti davam edəcək

Xəbərdarlıq - avqustin birinci ongünlüyündə isti hava şəraiti davam edəcək Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Tehsil-press.az-a məlumatına görə, avqustun 6-da şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacağı gözlənilir. Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.
Avqust ayının birinci ongünlüyündə isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34-39° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
Avqust ayının birinci ongünlüyündə ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42° isti olacağı gözlənilir.


Tehsil-press.az

Oxşar xəbərlər