Şübhəsiz, hər bir evdə “kiçik aptek” adlanan qutu və ya kiçik şkaf var. Amma əksər hallarda oraya müxtəlif xəstəliklərdən müalicə olunmuş xəstələrdən qalmış dərman preparatları yığılır. Halbuki, lazım olan məqamlarda bəlli olur ki, onlara ehtiyac yoxdur, əgər varsa da, onun istifadə müddəti artıq keçib. Ona görə də tibb mütəxəssisləri təklif edirlər ki, həmin kiçik aptekə ən zəruri olan dərmanları yığmaq lazımdır. Çünki həmin dərmanları baha qiymətə aldığın üçün tullamağa da heyfin gəlir.
Bəs kiçik apteklər nəyə lazımdır və ora hansı dərmanları ehtiyat üçün yığmaq lazımdır? Biz bu sualla bir həkim kimi 30 il ağ xalat gəzdirən, Binəqədi rayonundakı 10 nömrəli poliklinikanın sahə həkimi indiyə kimi çoxlu sayda xəstəyə şəfa verərək onları həyata qaytarmış İradə Hüseynovaya müraciət etdik:
- Əvvələn, bir məsələni diqqət mərkəzində saxlamaq lazımdır ki, uşaq olan evlərdə, dərmanlar onların əli çatmayan yerdə saxlanılmalıdır. Dərmanların saxlandığı şəraitə də diqqət yetirmək lazımdır. Onların bəzilərini, xüsusilə maye şəklində olan dərmanları soyuducuda saxlamaq məsləhətdir. Həm də unutmaq olmaz ki, 6 ayda bir dəfə dərmanların saxlanma müddəti yoxlanılmalıdır. Çünki bəzən diqqətsizlik ucbatından dərman maddələri illərlə “apteçkalar”da qalır ki, bud a yol verilməzdir, istifadəyə zərərlidir.
Əlbəttə, hər bir evdə apteklərin olması, orada hansısa kəsiyə, yanığa qarşı istifadə olunan zəruri sarğı və dərmanların saxlanılması və eyni zamanda evdə olan xəstənin, yaxud xəstələr üçün həkimin təyinatı əsasında alınan dərmanların orada yerləşdirilməsi yaxşı haldır. Bu “apteçkalar” təkcə yaşayş evlərində yox, tibbi xidməti olmayan kiçik təşkilat və müəssisələrdə də təşkil edilsə, məqsəsəuyğun olar. Bu, tibbi xidmətə qədər insanların köməyinə gələr. Belə ki diş ağrısına qarşı hansısa bir dərmanın, yaxud damcının istifadə edilməsi həkimə müraciətə qədər ağrını yüngülləşdirə bilər. Yaxşı olar ki, ev “apteçkalar”ında yerləşdirilən reklam olunan dərmanlardan yox, uzun müddət təcrübədə sınanmış, əks göstəricisi olmayan, mən deyərdim ki, bu “apteçkalar”da yerləşdirilən dərmanlar tibb ekspertlərinin rəyi əsasında təşkil olunsun, onların yaralığına və qorunmasına ciddi əməl edilsin.
Onu da diqqətdə saxlamaq lazımdır ki, hər bir dərman əks-təsir göstərmək qabiliyyətinə malikdir. Ona görə də hər hansı preparat alan zaman mütəxəssislərə məsləhətləşmək və təlimatı diqqətlə oxumaq lazımdır. Ev “apteçka”sını yaradarkən bilmək lazımdır ki, dərman ilk növbədə təcili yardım göstərmək üçün nəzərdə tutulub. Məsələn, xroniki xəstəliklər daşıyan ailələrdə ev “apteçka”sı olmadan keçinmək mümkün deyil. Odur ki, belə hallarda həkimə müraciət etmək gərəkdir. Özbaşına müalicə ilə məşğul olmaq yaramaz. Əks halda insan öz sağlamlığına balta çalmış olar. Eləcə də ev “apteçka”sına özbaşına dərmanları yığmaq lazım deyil. Həmin preparatları həkim müəyyən etməlidir.
Kiçik aptekdə müxtəlif ölçüdə leykoplaster, elastik bint, pambıq kimi sarğı materialları saxlamaq mütləq deyil. Yod məhlulu və perehidrat necə deyərlər, yaxın dostunuz olmalıdır. Yodun spirtli məhlulu 5 faizli olmalıdır, çünki ev şəraitində ondan həmişə istifadə edilir. Kiçik aptekdə hamıya lazım olan aspirin, yaxud ibuprofen saxlamaq lazımdır. Hər ikisinə ehtiyac var. Birincisi infarkt zamanı əvəzedilməz preparatdır, çünki ağrı vermədən təzyiqi aşağı salır, ikicisindən isə gündəlik ağrılar zamanı istifadə olunur. Qlitsin hətta insultun ilk əlamətləri zamanı “təcili yardım” gələnə qədər istifadə olunan həbdir. Validolu nanəli konfet adlandırırlar, çünki o, nəfəsalmaya təravət gətirir, hətta damarları genişləndirir, lakin infarkt və ürəklə əlaqədar həyat üçün təhlükəli olan digər problemlər zamanı kömək edə bilmir. Yaxşı olar ki, ürək ağrılarından əziyyət çəkən yaşlı adamların yaşadıqları evdə nitroqliserin daim əl altında olsun.
Kiçik aptekdə təcili vasitə kimi göz üçün damcı da olmalıdır. Çünki kor vəziyyətdə yaxınlıqdakı aptekə qaçmaq mümkün deyil. Hardan bilsən ki, evi yığışdıran zaman təsadüfən yaxud uşaqlarla oynayanda gözə hansısa zədə dəyəcək? Damarı yığan damcı gözdəki qızartını götürür. Amma gözə təhlükəli bir şey girəndə bu damcı kömək etmir. Ev “apteçka”sında sakitləşdirici dərmanlara da yer ayrılmalıdır. Bu valerian, korvalol, ekstrat valerian və s. preparatlar daxildir.
Bir sözlə, hər bir kəs öz sağlamlığını qorumaq və ekstremal vəziyyətdə çıxış yolu tapmaq üçün evində kiçik aptek təşkil etməli və orada lazım olan dərman preparatları yerləşdirməlidir.

Hazırladı:
İdris HACIZADƏ
İdris HACIZADƏ