İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini qəbul etdi

İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini qəbul etdi Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Pakistan prezidenti Məmnun Hüseynin və baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana uğurlu rəsmi səfərlərini və bu səfərlər zamanı keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini və əməkdaşlığımızın ən yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan ilə Pakistan arasında ikitərəfli əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin, qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu qeyd edən prezident İlham Əliyev ölkəmizin Pakistan ilə qardaşlıq əlaqələrini bundan sonra da inkişaf etdirməkdə maraqlı olduğunu deyib.
Said Xan Mohmand isə Pakistan xalqı tərəfindən Azərbaycanın inkişafının bir nümunə kimi qəbul olunduğunu bildirərək bu inkişafda Heydər Əliyevin müstəsna rolunu qeyd edib və bu uğurlu siyasətin prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.
Səfir Said Xan Mohmand, həmçinin əminliyini ifadə edib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyevin daha da möhkəmləndirdiyi ikitərəfli münasibətlərimiz bundan sonra da inkişaf edəcək. Qarşılıqlı səfərlərə toxunan Said Xan Mohmand Pakistan prezidenti Məmnun Hüseynin və baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrimizin inkişafında xüsusi rolunu qeyd edib.
Səfir prezident İlham Əliyevin Pakistana səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini deyib. Görüşdə ölkələrimiz arasında iqtisadi, sərmayə qoyuluşu, idxal-ixrac və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
* * *10:33
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 26-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandın etimadnaməsini qəbul edib.
Tehsil-press.az bildirir ki, xəbəri dövlət başçısının saytı yayıb.

Tehsil-press.az

Oxşar xəbərlər