Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verib

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verib Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” ali hərbi rütbəsi:
general-mayor İsmayıl Bayram oğlu Əkbərova
general-mayor İlham İsmayıl oğlu Mehdiyevə
“general-mayor” ali hərbi rütbəsi:
polkovnik Elşən Ələkbər oğlu Verdiyevə".


Tehsil-press.az

Oxşar xəbərlər