ABŞ prezidenti Donald Tramp Avstraliyanın baş naziri Malkolm Ternbull ilə telefon danışığını xarici liderlərlə söhbətləri arasında ən pisi adlandırıb.
Bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.
Məlumatda deyilir ki, avstraliyalı və amerikalı liderlərin telefon danışığının bir saat çəkəcəyi planlaşdırılırdı, amma Tramp danışığın 25-ci dəqiqəsində Ternbull ilə söhbəti kəsib. Bununla yanaşı o, Ternbulla bu zəngin ən pis olduğunu bildirib.
Qəzetin məlumatına görə, Ternbull Avstraliyadan olan qaçqınların qəbul edilməsinə dair ABŞ-ın öhdəçiliyini Trampa xatırlatması onu özündən çıxarıb.
Daha sonra amerikalı prezident öz narazıçılığını “Tvitter”də də bildirib.
“Buna inana bilirsiniz? Obama administrasiyası Avstraliyadan olan minlərlə qanunsuz mühaciri qəbul etməyə razılaşıb. Niyə? Mən bu lənətə qalmış sazişi öyrənəcəyəm”, - deyə Tramp yazıb.
Tehsil-press.az