Britaniyanın Baş naziri Trampa şotland qədəhi, xanımına isə peçenye verəcək

Britaniyanın Baş naziri Trampa şotland qədəhi, xanımına isə peçenye verəcək Böyük Britaniyanın Baş naziri Tereza Mey ABŞ Prezidenti Donald Trampa şotland qədəhi, onun xanımı Melaniyaya isə alma şirəsi, gavalı mürəbbəsi və peçenye hədiyyə edəcək.

Tehsil-press.az-ın məlumatına görə, bu barədə Baş nazirin dəftərxanasının nümayəndəsi bildirib. Ənənəvi əl işi olan qədəh anası əslən Şotlandiyadan olan D.Trampı sevindirməlidir. Bundan əvvəl Prezident şotland əsilli olması ilə fəxr etdiyini bəyan edib. Lakin D.Tramp alkoqollu içki qəbul etmir. Qeyd edək ki, T.Meyin D.Trampla görüşü cümə günü Ağ Evdə baş tutacaq.

Tehsil-press.az

Oxşar xəbərlər