Donald Tramp ABŞ Prezidenti seçilib

Donald Tramp ABŞ Prezidenti seçilib ABŞ-da keçirilən Prezident seçkiləri Respublikaçılar partiyasının namizədi Donald Trampın qələbəsi ilə başa çatıb.

Tehsil-press.az xəbər verir ki, Donald Tramp son olaraq Viskonsin ştatında da qalib gələrək seçənlər kollegiyasının bu ştat üzrə 10 səsini alıb. Bununla da Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib.
Yeni Prezident qələbədən sonra Nyu-Yorkda tərəfdarları ilə görüşdə çıxış edərkən bildirib: “Dünyanın ən güclü iqtisadiyyatına sahib olacağıq. Eyni zamanda, bütün xalqlarla mehriban münasibətləri davam etdirəcəyik”.
1946-cı ildə Nyu-Yorkda anadan olan Donald Tramp ABŞ tarixində ən yaşlı prezident olacaq. “Forbes” jurnalının 2016-cı ildə “Dünyanın ən zəngin 400 insanı” siyahısında yer alan Donald Trampın sərvətinin 3,6 milyard dollar dəyərində olduğu təxmin edilir.

Tehsil-press.az

Oxşar xəbərlər