Lavrovla Tillersonun görüşəcəyi yer və tarix məlum olub

Lavrovla Tillersonun görüşəcəyi yer və tarix məlum olub ABŞ dövlət katibi Reks Tillerson və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olacaq. Bu barədə TASS agentliyinə Vaşinqtondakı diplomatik mənbə bildirib.
Məlumata əsasən, Tillersonla Lavrovun ilk görüşü gələn həftə Almaniyanın Bonn şəhərində keçiriləcək.
Qeyd edək ki, fevralın 16-17-də Bonnda “G-20” (“Böyük iyirmilik”) ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə məsləhətləşmələr keçiriləcək.

Təhsil-press.az

Oxşar xəbərlər