Əliyev, Putin və Ruhaninin görüş vaxtı bilindi

Əliyev, Putin və Ruhaninin görüş vaxtı bilindi İran xarici işlər nazirinin müavini İbrahim Rahimpur bu barədə məlumat verib.

Azərbaycan, İran və Rusiya prezidentlərinin görüş vaxtı bilindi. Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin görüşü avqustun 8-nə gözlənilir.
Tehsil-press.az-ın məlumatına görə, bu barədə Astanada Rusiyanın “TASS” agentliyinə İran xarici işlər nazirinin müavini İbrahim Rahimpur deyib.
"Şübhəsiz belə görüş olacaq. Görüşün avqustun 8-də olacağı gözlənilir".
Ötən gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Bakıda rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransı zamanı görüşün avqust ayında baş tutacağını açıqlamışdı. Lakin dəqiq tarixin avqustda bilinəcəyi deyilirdi.


Tehsil-press.az

Oxşar xəbərlər