Güclü külək Vaşinqtonda və onun ətrafında elektrik enerjisi təchizatını sıradan çıxardıb.
Təhsil-press.az xəbər verir ki, Amerikanın paytaxtı ətrafında Virciniya və Merilend ştatlarında da hazırda 30 minə yaxın istehlakçı işıqsız qalıb.
ABŞ Milli Hava Xidmətinin məlumatına görə, küləyin sürəti saatda 80 kilometrə çatıb. Daha öncə külək səbəbindən yüksəkliklərdə iş aparılması da qadağan edilmişdi.
Vaşinqtonda küləyin 3 mərtəbəli evin damını uçurması, eləcə də çox sayda ağacların qırılması barədə məlumatlar verilir.
Əlverişsiz hava şəraiti ilə əlaqədar paytaxt aeroportlarında hətta bəzi reyslərdə gecikmələr də qeydə alınıb.
Təhsil-press.az