Kiyevdə polislə etirazçılar arasında toqquşma olub

Kiyevdə polislə etirazçılar arasında toqquşma olub Ukraynanın paytaxtı Kiyevdə polislə etirazçılar arasında toqquşma baş verib.

Təhsil-press.az-ın verdiyi xəbərə görə, bu barədə Kiyev şəhərinin polis rəisi Andrey Krişşenko bildirib.
Onun sözlərinə görə, insident nəticəsində 1 polis əməkdaşı xəsarət alıb, 5 etirazçı saxlanılıb. “112 Ukrayna” 10 etirazçının müxtəlif dərəcəli xəsarət alması barədə məlumat yayıb.
Hazırda Kiyevdə vəziyyət sakitdir. Paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib.
* * *21:31
Kiyevdə qondarma Donetsk və Luqansk xalq respublikalarının blokadaya alınmasının tərəfdarları prezident Pyotr Poroşenkonun iqamətgahı qarşısında çadır qurublar.
Təhsil-press.az-ın verdiyi xəbərə görə, etirazçılar yaxın müddətdə daha bir çadırın qurulacağını bildiriblər.
Hadisə yerinə polis və Milli Qvardiyanın əsgərləri cəlb edilib.
Virtualaz.org xatırladır ki, dünən Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində yaşayan Ukrayna vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilmiş sənədlərin tanınması haqqında fərman imzalayıb.
Fərmanda göstərilir ki, bu sənədin qəbul edilməsində məqsəd “beynəlxalq humanitar hüquqa və qəbul edilmiş prinsiplərə dayanaraq, insan hüquq və azadlıqlarının qorunması”dır.
Yeri gəlmişkən, daha öncə Kreml bildirirdi ki, Rusiya tanınmayan Donets və Luqansk “xalq respublikaları”nın pasportlarını rəsmi olaraq tanımır.
Onu da xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinin tanınmayan “DXR” və “LXR”in pasportlarının tanınması barədə fərmanını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

Təhsil-press.az

Oxşar xəbərlər