Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko “Facebook” səhifəsində xəbər verib.
Ukrayna prezidenti Pyotr Poroşenko “Eurovision-2016” mahnı müsabiqəsində birinci yeri tutan Camalanı mükafatlandırıb. ANS PRESS-in məlumatına görə, Poroşenko Camalaya “Ukraynanın xalq artisti” adını verib.
"Poroşenko sənət fəaliyyətində Camalaya uğurlar diləyib"
Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko “Facebook” səhifəsində xəbər verib. Poroşenko ukraynalı müğənninin Stokholmda qazandığı qələbənin Ukrayna xalqı üçün əhəmiyyətli mənaya malik olduğunu qeyd edib. Poroşenko bundan sonrakı sənət fəaliyyətində Camalaya uğurlar diləyib.
Müsabiqə başa çatdıqdan sonra Ukrayna prezidenti Camalanı “Eurovision-2016” mahnı müsabiqəsində qalib gəlməsi münasibətilə təbrik etmişdi. Poroşenko ilk olaraq sosial şəbəkədə Camalanı qələbəyə görə təbrik etmişdi.
Tehsil-press.az