TARİXDƏ BU GÜN 22 FEVRAL

TARİXDƏ BU GÜN  22 FEVRAL 2008-ci il. 22 fevral - avtomobil yolları işçilərinin peşə bayramı günüdür. Bu gün Prezident İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamına əsasən qeyd edilir.
TARİXDƏ BU GÜN  22 FEVRAL
1924-cü il. Azərbaycan bəstəkarı, Xalq Artisti (1974) Süleyman Ələsgərov anadan olub. S.Ələsgərovun yaradıcılığında оperetta janrı əsas yer tutur. Onun “Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə” və digər operettaları Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində bu gün də оynanılır. S.Ələsgərov, həmçinin “Bahadır və Sоna”, “Sоlğun çiçəklər” оperalarının, bir neçə kantatanın, “Gənclik” və “Vətən” simfoniyalarının, “Bayatı-Şiraz” simfоnik muğamının, simfоnik pоema və süitaların, 200-ə qədər mahnı və romansların və s. əsərlərin müəllifidir.
TARİXDƏ BU GÜN  22 FEVRAL
1632-ci il. İtaliyalı məşhur alim, fizik, astronom və riyaziyyatçı Qalileo Qalileyin “İki kainat sistemi barədə dialoq” əsəri çapdan çıxıb.
TARİXDƏ BU GÜN  22 FEVRAL
1732-ci il. ABŞ-ın birinci prezidenti Corc Vaşinqton anadan olub (1732-1799). O, Birləşmiş Ştatlar ordusunun ali baş komandanı kimi ABŞ-ın istiqlaliyyət mübarizəsində qələbənin qazanılmasında mühüm rol oynayıb.
TARİXDƏ BU GÜN  22 FEVRAL
1819-cu il. Vaşinqtonda imzalanan Adams-Onis müqaviləsinə əsasən, İspaniya Floridanı 5 milyon dollara ABŞ-a satıb.

Təhsil-press.az

Oxşar xəbərlər