Aktauda “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub

Aktauda “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub Azərbaycanın Aktaudakı konsulluğu tərəfindən Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində daha bir tədbir keçirilib.

Tədbirdə baş konsulluq tərəfindən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi nümayiş etdirilib.
Aktau şəhərinin RENEISSANSE-Aktau otelində təşkil olunmuş tədbirdə Aktau şəhərində akkreditə olunmuş digər diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin və “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvləri, ictimaiyyət nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər. Tədbir keçirilən zalda Xocalı soyqırımını əks etdirən foto və kitabların sərgisi təşkil olunub.
Tədbirin əvvəlində Xocalı soyqırımında həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımı haqqında məlumat verib. O, ermənilər tərəfindən törədilən cinayətin dünya ictimaiyyətinə çatdırılmasında son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kompaniyasından danışıb.
O, “Xocalıya Ədalət” kompaniyası çərçıvəsində Qazaxıstanın internet məkanında baş konsulluq tərəfindən yaradılan www.xocalı.kz saytında BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, dünyanın aparıcı dövlətlərinin rəhbərlərinə, parlamentlərinə müraciət yerləşdirildiyini bildirərək, tədbir iştirakçılarını bu müraciətə qoşulmağa çağırıb.
E.Zeynalov ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi haqqında məlumat verib. Bildirilib ki, tanınmış prodüser Aleksandras Brokas və Cerald Rafşun tərəfindən çəkilən bu film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələr əsasında qurulub. Diplomat filmin Aktau şəhərində nümayişində göstərdiyi dəstəyə görə Avropa Azərbaycan Cəmiyyətinə (TEAS) minnətdarlığını bildirib.
Daha sonra Xocalı sakinlərinin dünya ictimaiyyətinə müraciəti oxunulub.
Türkiyə Respublikasının Aktau şəhərindəki baş konsulu Korhan Küngeri, şair Rövşən Həsənli, istefada olan mayor Bəxtiyar Məsimov və digərləri çıxışlar edərək, Xocalı faciəsinin insanlığa qarşı törədilmiş və misli görünməmiş bir faciə olduğunu, bu cinayəti törədənlərin tezliklə ədalət məhkəməsində cavab verəcəklərinə nail olunacağını qeyd ediblər. Çıxışlardan sonra “Sonsuz dəhliz” sənədli filmi nümayişi olunub.

Aktauda “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunubAktauda “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunubAktauda “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunubAktauda “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunubAktauda “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunubAktauda “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunubAktauda “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunubAktauda “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub

Təhsil-press.az

Oxşar xəbərlər