Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən təhsil-press.az-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov abidə önünə gül qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edib.
Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ictimaiyyətin nümayəndələri də abidə önünə gül qoyublar.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 24 yanvar tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində Xocalı soyqırımının iyirmi beşinci ildönümü qeyd olunur. Xalqımızın məruz qaldığı Xocalı soyqırımı iyirmi beş il bundan əvvəl Azərbaycanın Xocalı şəhərində baş verdi. Həmin gün əliyalın Xocalı sakinləri erməni hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə əsl vətənpərvər kimi vuruşmuş, düşmən qarşısında mətin dayanmış, xalqımızın əyilməzlik salnaməsinə şərəfli səhifələr yazmışlar.
Ali Məclisin Sədri deyib: Dinc əhaliyə - qocalara, qadınlara və uşaqlara qarşı Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi nə idi? Niyə məhz Xocalı hədəf alınmışdı? Məqsəd - bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli məntəqəni zəbt etmək, amansız işgəncə metodları ilə Azərbaycan xalqının gözünü qorxutmaq, mübarizə əzmini qırmaq və bu yolla Azərbaycanın digər torpaqlarını da işğal etmək idisə, digər tərəfdən bu ərazilərin Azərbaycan türklərinə məxsus olduğunu sübut edən qədim abidələri tarixdən birdəfəlik silmək idi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal olunandan dərhal sonra onun ətrafında xalqımıza məxsus tarixi abidələr, Xocalı-Gədəbəy mədəniyyətinin qalıqları, Son Tunc və Erkən Dəmir dövrü mədəniyyətinə aid Xocalı kurqanları, siklop tikililər, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı xüsusi texnika ilə dağıdılaraq məhv edilmişdir.
Qeyd olunub ki, Xocalı soyqırımının baş verməsinin digər bir səbəbi isə 1992-ci ildə öz vətəndaşlarının təhlükəsizliyini və müdafiəsini təmin etməyə borclu olan hakimiyyət dairələrinin və müxalifət qüvvələrinin xalqın taleyinə tam biganəlik nümayiş etdirmələri və hakimiyyət uğrunda apardıqları mübarizə idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli liderimiz Heydər Əliyev ilk dəfə olaraq xüsusi bəyanat verərək Xocalı soyqırımını törədənləri kəskin ittiham edib, Xocalı şəhidlərinin xatirəsi Naxçıvanda anılıb və Ümummilli Liderimizin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.
Ali Məclisin Sədri deyib: Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının tanıdılması, erməni millətçiliyinin beynəlxalq miqyasda ifşası sahəsində sistemli iş aparılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyası çərçivəsində vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və xaricdə yaşayan azərbaycanlılar ardıcıl və səmərəli fəaliyyət göstərirlər. Hər il soyqırımı günü dünyanın müxtəlif ölkələrində Xocalı qurbanlarının xatirəsi anılır, tədbirlər keçirilir, erməni vəhşiliklərini əks etdirən materiallar nümayiş etdirilir.
Ali Məclisin Sədri bir daha Xocalı şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib, çıxışını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fikirləri ilə tamamlayıb: “Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.
Həmin gün muxtar respublikanın rayonlarında da Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbirlər keçirilib.
Təhsil-press.az