Aleksandr Lapşin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında anası Bella Lapşina ilə görüşüb.
Bu barədə Tehsil-presss.az-a açıqlamasında A.Lapşinin vəkili Eduard Çernin deyib. Vəkil bildirib ki, B.Lapşina oğlu ilə növbəti dəfə görüşüb. Görüş zamanı anası A.Lapşinin saxlanma şəraiti və səhhəti ilə maraqlanıb. A.Lapşin səhhəti və saxlanma şəraitindən narazılıq etməyib.
Vəkil bəzi erməni saytlarının A.Lapşinin saxlanma şəraiti ilə bağlı yaydığı məlumatı da inkar edib: "Ermənilərin bu məsələdə yalan məlumat yaymalarının məqsədi məlumdur. Lapşinin saxlanma şəraiti normaldır, özü də bunu dəfələrlə deyib. Anası ilə də iki dəfə görüşüb, şikayət etməyib. Hazırda lapşinin həyat yoldaşı da Bakıya gəlmək istəyir. Yəni, onunla nə görüşdə, nə saxlanma şəraitində heç bir problem yoxdur. Ermənilərin yaydıqları məlumatlar həqiqəti əks etdirmir".
Tehsil-press.az