XİN: Aleksandr Lapşin bu əməlləri qəsdlə və qərəzli şəkildə etdiyini etiraf edib

XİN: Aleksandr Lapşin bu əməlləri qəsdlə və qərəzli şəkildə etdiyini etiraf edib "Aleksandr Lapşin vətəndaşlığını daşıdığı ölkələrin Xarici İşlər Nazirliklərinin xüsusi xəbərdarlığına baxmayaraq, Azərbaycanın dövlət sərhədlərini pozaraq qanunsuz şəkildə işğal olunmuş ərazilərə səfər edib. Adının "arzuolunmaz şəxslər" siyahısında olduğunu bilərək başqa ölkənin pasportu ilə yenidən Azərbaycan ərazisinə daxil olub. Bu əməlləri qəsdlə və qərəzli şəkildə etdiyini özü etiraf edib".
Bunu Tehsil-press.az-ın A.Lapşin məsələsi ilə əlaqədar sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, A.Lapşinin əməllərində kifayət qədər cinayət tərkibli elementlərin olduğuna görə onun barəsində Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işi açılıb və İnterpol xətti ilə beynəlxalq axtarışa verilib:
"Bloqer və ya jurnalist olmaq heç kimə qanunları pozmaq üçün əsas və ya toxunulmazlıq vermir. Ona görə də bu məsələni siyasiləşdirmək və ya ona “söz azadlığı” donu geyindirmək cəhdləri tamamilə yanlışdır. Sırf hüquqi müstəvidə olan bu məsələ ətrafında yaradılmış əsassız səs-küy və diskussiya tamamilə başa düşülən deyildir".
XİN rəsmisi qeyd edib ki, Azərbaycan MDB çərçivəsində Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il Kişinyov konvensiyası əsasında Belarusda saxlanılmış A.Lapşinin ekstradisiyası üçün müvafiq hüquqi addımları atıb:
"Bu məsələdə Ermənistanın əsassız və gülünc canfəşanlığı və mövzunu siyasiləşdirmək cəhdləri əslində Ermənistanın güddüyü çirkin məqsədlərini ifşa edir. Ermənistan əcnəbi vətəndaşları aldatma və digər yollarla işğal olunmuş Azərbaycan ərazilərinə səfərə sövq edir və sonradan həmin şəxsləri özünün siyasi təbliğat oyunlarının alətinə çevirməyə çalışır".

Tehsil-press.az

Oxşar xəbərlər