Üç yol qəzasında 25 nəfər ölüb

Üç yol qəzasında 25 nəfər ölüb Boliviyada üç ağır yol qəzası baş verib.

Təhsil-press.az-ın məlumatına görə, bir qəza Boliviyanın paytaxtı La-Pasdan 150 kilometr şimal-qərbdə baş verib. Burada sərnişin avtobusu dərəyə düşüb. Qəza nəticəsində 17 nəfər həlak olub. İlkin məlumata əsasən, qəzanın səbəbi yüksək sürət olub.
İkinci qəza La-Pasdan 200 kilometr şimal-şərqdə İnkisivi vilayətində baş verib. Buradada sərnişin avtobusu dərəyə düşüb. Qəza nəticəsində 6 nəfər həlak olub, 23 nəfər isə yaralanıb. Qəzanın səbəbi məlum deyil.
Üçüncü qəzada isə motosiklet sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində 2 nəfər həlak olub.
Qeyd edək ki, yolların pis vəziyyətdə olmasına və yol hərəkəti qaydalarının pozulmasına görə, hər il Boliviyada orta hesabla min nəfər həlak olur, 40 min nəfər isə yaralanır.

Təhsil-press.az

Oxşar xəbərlər