Norveç hökuməti “İraq Şam İslam Dövləti” (İŞİD) adlandırılan terrorçu qruplaşmaya qarşı mübarizə aparan suriyalı hərbçilərlə məşq etmək və onları hər cür dəstəkləmək məqsədilə 60 hərbi təlimatçı göndərmək barədə qərar qəbul edib.
Ölkənin Baş naziri Erna Sulberq KİV-lərə müsahibəsində bildirib ki, hərbi təlimatçıların qrupuna xüsusi təyinatlı dəstələr də daxil ediləcək. Onların hamısı İordaniyada hərbi bazanın ərazisində yerləşəcək.
Erna Sulberq, həmçinin vurğulayıb ki, norveçlilərin Suriya ərazisində əməliyyatlarda mümkün iştirakı məsələsi Norveç parlamentində nəzərdən keçiriləcək.
Qeyd edək ki, Norveçdən başqa İsveç və Danimarka da İŞİD-ə qarşı əməliyyatları dəstəkləmək üçün öz hərbçilərini göndərib. Belə ki, ötən ay Danimarka parlamenti qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün “F16” qırıcı təyyarələrini, habelə 400 hərbçini göndərməyi qərara alıb.
Tehsil-press.az