Putin Ərdoğanla səfir Andrey Karlovun qətlinin istintaqını müzakirə edəcək

Putin Ərdoğanla səfir Andrey Karlovun qətlinin istintaqını müzakirə edəcək Rusiya Prezidenti Vladimir Putin martın 10-da Moskvada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Andrey Karlovun qətlinin istintaqını da müzakirə edəcək.

Təhsil-press.az-ın məlumatına görə, bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
D.Peskov qeyd edib ki, dövlət başçılarının görüşünün gündəliyi kifayət qədər genişdir:
"Rusiya və Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Tərəflər ticari-iqtisadi əməkdaşlığı, "Türk axını", "Akkuyu" AES kimi layihələrin icrasını, Suriya böhranını, eləcə də Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı aparılan istintaq işini də müzakirə edəcəklər".

Təhsil-press.az

Oxşar xəbərlər