Səfirin cənazəsini Moskvada Lavrov və Çavuşoğlu qarşıladı

Səfirin cənazəsini Moskvada Lavrov və Çavuşoğlu qarşıladı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun cənazəsini gətirən təyyarə Moskvanın "Vnukovo" hava limanında eniş edib.

Tehsil-press.az-ın məlumatına görə, Karlovun həyat yoldaşı da təyyarənin göyərtəsində olub. Onu həkim və Rusiya FHN-in psixoloqu müşayiət edirlər.
Rusiya XİN rəhbəri Sergey Lavrov və Moskvada səfərdə olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu da təyyarəni qarşılayanlar arasında olublar.
Xatırladaq ki, hadisə ötən gün Ankarada keçirilən fotosərgi zamanı baş verib. Səfiri qətlə yetirən şəxs polis olub.
Rəsmi Moskva hadisəni terror aktı kimi qiymətləndirib.

Tehsil-press.az

Oxşar xəbərlər