Bakı Dövlət Universitetində (BDU) “İlaxır çərşənbə” münasibətilə bayram şənliyi keçirilib.
Tədbiri bu ali məktəbin filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyi təşkil edib. Şənlik iştirakçılarını təbrik edən prorektor, professor İradə Əliyeva Novruz bayramının tarixindən, hər il xalqımız tərəfindən qeyd olunmasının əhəmiyyətindən danışıb.
Tələbələrin hazırladıqları səhnəciklərdə Azərbaycanın müxtəlif bölgələrində Novruz bayramının özünəməxsus qeyd olunması, adət-ənənələri nümayiş etdirilib.
Sonra tələbələrin təqdimatında muğam ifa edilib, şeirlər, türk xalqlarının dillərində Novruz təbrikləri səsləndirilib, klassik ədəbiyyatımızın görkəmli nümayəndələrini, tarixi şəxsiyyətləri əks etdirən səhnəciklər göstərilib.

BDU-nun Mətbuat Xidməti