Bakı Dövlət Universitetində Vətənim... Qarabağım... bölünməz Azərbaycanım" adlı tədbir keçirilib

Bakı Dövlət Universitetində Vətənim... Qarabağım... bölünməz Azərbaycanım Bakı Dövlət Universitetində "Vətənim... Qarabağım... bölünməz Azərbaycanım" adlı tədbir keçirilib. Universitetdə təhsil alan xarici tələbələrin təşkil etdiyi tədbirdə BDU-nun müəllim-tələbə heyəti iştirak edib. Xarici tələbələrlə iş üzrə dekanı, dosent Gülheyran Rəhimova artıq ənənə halını almış tədbirin əhəmiyyətindən danışıb və universitetin dünyanın bir sıra ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlığından bəhs edib.
Sonra Türkiyə, Pakistan, Türkmənistan, Nigeriya, Çindən olan tələbələr müxtəlif dillərdə Azərbaycanın tarixi yerləri və şəxsiyyətləri barədə məlumat verib, milli adət-ənənələrimizi əks etdirən təqdimatla çıxış ediblər.

Mətbuat və informasiya şöbəsi


Bakı Dövlət Universitetində Vətənim... Qarabağım... bölünməz Azərbaycanım" adlı tədbir keçirilibBakı Dövlət Universitetində Vətənim... Qarabağım... bölünməz Azərbaycanım" adlı tədbir keçirilibBakı Dövlət Universitetində Vətənim... Qarabağım... bölünməz Azərbaycanım" adlı tədbir keçirilib

Oxşar xəbərlər