Miqrasiya Xidmətinin əməkdaşları ali xüsusi rütbələr, orden və medallarla təltif edilib

Miqrasiya Xidmətinin əməkdaşları ali xüsusi rütbələr, orden və medallarla təltif edilib Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Musayev Pərviz Kərim oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Nağıyev Vəli Nağı oğlu

“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə
Abdullayev Səmədağa Həmzə oğlu
Bədəlov Hüseyn Həsən oğlu
Ələsgərova Şəbnəm Şakir qızı
Əliyev Faiq Rəşid oğlu
Əliyev Ülvi Sakit oğlu
Hacıyeva Tamilla Elxan qızı
İsmayılova Aygün İlqar qızı
İsmayılova Xəyalə Eyvaz qızı
Quliyev Elfan Şakir oğlu
Mehdiyev İlqar İsmayıl oğlu
Məmmədov Elmar Adil oğlu
Məmmədov Orxan Səfər oğlu
Məmmədov Zakir Məhərrəm oğlu
Mirzəliyeva Gülnarə İbrahim qızı
Nurullah Munis Nazim oğlu
Paşayev Qiyas Əhəd oğlu
Şamilov Zəfər Ələddin oğlu
Vahabova Həmidə Cavid qızı.

Dövlət başçısı eyni zamanda Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin:
Abdullayev İsmayıl Əli oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi
Qəhrəmanov Vahid Vaqif oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi.

Təhsil-press.az

Oxşar xəbərlər