6 illik həbsdən sonra Hüsnü Mübarək evinə qayıdıb

6 illik həbsdən sonra Hüsnü Mübarək evinə qayıdıb Misirin sabiq prezidenti Hüsnü Mübarək Qahirənin Maadi rayonunda yerləşən hərbi hospitaldan çıxaraq, 6 illik həbsdən sonra evinə qayıdıb. Bu barədə “Əl-Məsri əl-Yaum” nəşrinə eks-prezidentin vəkili Fərid əd-Dib məlumat verib.

Qeyd edək ki, bu il martın əvvəllərində Qahirənin kassasiya məhkəməsi 2011-ci ilin yanvarında baş vermiş iğtişaşlarda nümayişçilərin ölümü ilə bağlı cinayət işi üzrə eks-prezident barəsində bəraət qərarı çıxarıb. Bunun ardınca Baş Prokurorluq H.Mübarəkin həbsdən azad edilməsinə razılıq verib.
88 yaşlı eks-prezident səhhətindəki problemlərlə əlaqədar hərbi hospitalda müalicə olunurdu.
H.Mübarəki evində ailə üzvləri və vəkili qarşılayıb.
“O, ailə üzvləri və dostları ilə bilikdə ənənəvi Misir yeməkləri ilə səhər yeməyi yeyib”, - deyə əd-Dib bildirib.
H.Mübarək 2011-ci ilin yazında həbs olunub.

Tehsil-press.az

Oxşar xəbərlər