Misirin sabiq prezidenti Hüsnü Mübarəkə bəraət verildi

Misirin sabiq prezidenti Hüsnü Mübarəkə bəraət verildi Misirin Kassasiya Məhkəməsi sabiq prezident Hüsnü Mübarəkə bəraət verib.

Tehsil-press.az xəbər verir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb. Məhkəmə 2011-ci il yanvar inqilabında etirazçıların öldürülməsi ilə bağlı Mübarəkin üzərində olan bütün ittihamları götürüb, onun barəsində bütün cinayət təqibləri dayandırılıb. O da bildirilib ki, bu son qərardır və ondan şikayət verilə bilməz.

Tehsil-press.az

Oxşar xəbərlər