Zorlama maddəsiylə həbs olunan futbolçu bəraət aldı

Zorlama maddəsiylə həbs olunan futbolçu bəraət aldı Zorlamada ittiham olunaraq, 5 il müddətinə azadlıqdan məhrum edilən Uels yığmasının və "Şeffild Yunayted"in keçmiş futbolçusu Çed Evans bəraət alıb.
Tehsil-press.az xəbər verir ki, Evans 2012-ci ilin aprelində 19 yaşlı qızı zorlamaqda ittiham olunaraq, 5 il müddətinə həbs edilmişdi. O, həbs müddətinin yarısını çəkdikdən sonra azadlığa çıxmışdı.
Bundan sonra hadisə ilə bağlı əlavə faktlar məlum olub. Bundan yararlanan futbolçu apellyasiya şikayəti verib. Faktları araşdıran məhkəmə futbolçuya bəraət verib və onun haqqında çıxarılan hökm qüvvədən düşmüş hesab olunub.

tehsil-press.az

Oxşar xəbərlər