Bu reyslərdə planşet və noutbuklara icazə verildi

Bu reyslərdə planşet və noutbuklara icazə verildi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad Airways" aviaşirkəti ABŞ-a uçuşlar zamanı öz sərnişinlərinə pulsuz planşetlər təqdim etməyə başlayıb.

Təhsil-press.az-ın məlumatına görə, bu addım ABŞ-ın bu ölkəyə gələn təyyarələrdə telefonlardan başqa digər elektron cihazların qadağan olunması qərarına cavab olaraq atılıb.
Bundan başqa, BƏƏ-nin digər aviaşirkəti "Emirates" də ABŞ-a gedən sərnişinlərə uçuş zamanı noutbuk təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, ABŞ Yaxın Şərq və Şimali Afrikanın 10-dək hava limanından gələn reyslərdə telefon və smartfonlardan böyük elektron cihazların təyyarəyə götürülməsini qadağan edib. Qərar martın 25-dən qüvvəyə minib.

Təhsil-press.az

Oxşar xəbərlər