Təyyarədə sərnişini əqrəb sancıb

Təyyarədə sərnişini əqrəb sancıb Xyustondan Kalqariyə uçan "United Airlines" aviaşirkətinin təyyarəsində sərnişini əqrəb sancıb.
Tehsil-press.az-n "CNBC"yə istinadən verdiyi məlumata görə, Riçard Bell adlı sərnişin yemək yediyi zaman baqaj rəfindən onun üzərinə əqrəb düşüb və sərnişinin barmağından sancıb. Heyət üzvləri gələcək təlimatlar almaq üçün dərhal həkim ilə əlaqə saxlayıblar.
"Tibbi heyət təyyarə Kalqaridə endikdən sonra sərnişinə lazımi kömək göstəriblər", - aviaşirkətin nümayəndəsi deyib.

Tehsil-press.az

Oxşar xəbərlər