Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, mayın 18-i günorta saat 14 radələrində rayonun Aşağı Şabalıd kənd sakini, 1981-ci il təvəllüdlü Cəmil Nurəddin oğlu Abdullayev ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 35 yaşlı Cəmil Abdullayev Aşağı Şabalıd kəndinin inzibati ərazisində qoyun otararkən ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Cəmil Abdullayevə lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-stabil qiymətləndirilir.
Tehsil-press.az