38 yaşlı Gəncə sakinini əqrəb sancdı

38 yaşlı Gəncə sakinini əqrəb sancdı Gəncə şəhər sakinini əqrəb sancıb. Hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Eşqin Qənbərov həyətində işləyən zaman əqrəb onun sol ayağından sancıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

tehsil-press.az

Oxşar xəbərlər