Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Litvaya rəsmi səfəri çərçivəsində Vilnüs Universitetində Azərbaycan Auditoriyasının açılış mərasimində iştirak edib.
Xarici İşlər Nazirliyindən Tehsil-press.az-a verilən məlumata görə, Azərbaycan Auditoriyasının açılış mərasimində E.Məmmədyarovu Litvanın xarici işlər nazirinin müavini Daurius Skuçevius və Universitetin rektoru Arturas Zakauskas müşayiət ediblər.
Vilnüs Universitetində Azərbaycan auditoriyasının yaradılması universitetin müəllim və tələbə kollektivinin Azərbaycanın həqiqətləri, tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti barəsində məlumatlandırmaq, Azərbaycan ilə əlaqədar elmi-tədqiqat işlərinə dəstək vermək məqsədi daşıyır.
Azərbaycan üslubunda tərtib olunan auditoriyada seminar, mühazirə, film təqdimatı kimi müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Auditoriyada ölkəmizə dair çoxsaylı kitablar, eləcə də litva dilində Azərbaycan haqqında dərc edilmiş nəşrlər və digər əyani vasitələr də yer alıb.
Auditoriya ilə tanış olan xarici işlər naziri E.Məmmədyarov mərkəzin iki ölkə arasında elmi və humanitar xarakterli təmasların təşviqinə, tələbələrarası əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə ümidvarlığını ifadə edib.
E.Məmmədyarov Azərbaycan auditoriyasının açılışında iştirak edən litvalı jurnalistlərin suallarını cavablandırıb. Həmçinin, Vilnüs Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Vilnüs Universiteti Şərqi Avropanın ən qədim universitetlərindən biridir. Universitetdə Azərbaycandan 44 nəfər tələbə təhsil alır.
Tehsil-press.az