Elmar Məmmədyarov İsveçrə parlamentinin Azərbaycan üzrə dostluq qrupunun rəhbəri ilə görüşüb

Elmar Məmmədyarov İsveçrə parlamentinin Azərbaycan üzrə dostluq qrupunun rəhbəri ilə görüşüb Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrəyə rəsmi səfəri çərçivəsində İsveçrə parlamentində Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Filippo Lombardi ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan və İsveçrə arasında əməkdaşlığın inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətinin mühüm rola malik olduğunu bildirib.
2013-cü ildə Azərbaycana səfərini, Bakıda keçirilmiş Birinci Avropa oyunlarının açılış mərasimində iştirakını və bu ilin martında İsveçrəyə səfər edən Azərbaycan Milli Məclisinin üzvləri ilə görüşünü xatırladan F.Lombardi paralamentlərarası dostluq qruplarının ölkələrimiz arasında əməkdaşlığın inkişafına öz töhfəsini verdiyini bildirib.
Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin mövcud vəziyyəti, habelə danışıqlar prosesi barədə həmsöhbətinə məlumat verib.
Səfərin yekununda İsveçrə Parlamenti adından nazir E.Məmmədyarov və Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib.

Tehsil-press.az

Oxşar xəbərlər