Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Serbiya Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviç ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə,nazirlər iki ölkə arasında siyasi münasibətlərin səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə ediblər.
N.Stefanoviç ölkəsinin bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Serbiya arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivləri və müxtəlif sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi yolları müzakirə olunub. Tərəflər terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edərək, hər iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsinin zəruriliyinə toxunublar.
Nazir E.Məmmədyarov Serbiya şirkətlərinin Azərbaycanda və Azərbaycan şirkətlərinin Serbiyadakı fəaliyyətinə toxunub, əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb. O, ümid etdiyini bildirib ki, bu səfər ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni və turizm sahəsində əməkdaşlığa töhfə verəcək.
N.Stefanoviç ölkəsinin turizm, xüsusən də müalicə-sağlamlıq imkanlarından söz açıb və Azərbaycan şirkətlərini bu sahəyə sərmayə qoymağa dəvət edib.
Görüş zamanı həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tehsil-press.az