Dünyada nadir xəstəlik olan və hamiləlik üçün çox riskli sayılan takayasu damar xəstəliyindən əziyyət çəkən Ağdaş rayon sakini, 1990-cı il təvəllüdlü Vüsale Cəbrayılova ana olub.
V.Cəbrayılovanın həkimi, klinikanın 2-ci Mama-ginekologiya şöbəsinin müdiri, uzman Turab Canbaxışov bildirib ki, xəstə uzun illər ana olmaq həsrətində idi. Lakin xəstəliyi ilə əlaqədar buna nail ola bilmirdi. Azərbaycanda və Moskvada bir çox mütəxəssislərə müraciət etsə və bir sıra müalicələr alsa da, həkimlər bunun çox riskli hamiləlik olacağından ehtiyat ediblər.
ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edən qadın bu arzusunu reallaşdırıb. Xəstənin müalicə həkimi 2-ci Mama-Ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun bildirdiyinə görə, bu xəstəlik dünyada bir milyon insandan bir-ikisində rast gəlinsə də, Asiya ölkələrində yüz min insandan iki-üçündə olur: “Qan təzyiqini artıran bu xəstəlik, aorta deyilən ana damar və bütün daxili orqanlarına gedən damarların daxili divarını zədələyərək, daralmasına və hətta tutulmasına gətirə bilər. Həmin xanımın bu problemlə əlaqəli olaraq bir böyrəyini qidalandıran damarın bağlanma təhlükəsinın olduğu üçün bir neçə il əvvəl stend də yerləşdirilib. Uzun müddət müalicələrdən sonra xanım hamilə qalıb. Takayasu endoarteriit xəstəliyi ilə hamilə qalan xanımların 53%-də fəsadlar görülür. Bunlardan təzyiqin daha da artmasıdır, preeklampsiya xəstəliyin inkişafıdır, erkən aylarda düşüklərin olmasıdır, ana bətnində dölün inkişaf ləngiməsi və hətta tələf olması kimi riskləri daşımaqdadır”.
Həkimin sözlərinə görə, xəstə üzərində aparılan müalicələrə baxmayaraq, preeklampsiya (müalicəyə tabe olmayan yüksək təzyiq) inkişaf edib və 34-cü həftəsini doldurub: “Bu səbəbdən də hamiləliyi kesar üsulu ilə sonlandırmaq məcburiyyətində qaldıq. Sağlam doğulan və 2160 qram çəkiyə malik olan körpə yenidoğulmuşların reanimasiyasına yatırılmışdı”.
Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın sözlərinə görə, körpə 6 gün reanimasiyada qalıb və vaxtından əvvəl dünyaya göz açdığı üçün müəyyən problemləri olub. Buna baxmayaraq, müasir tibbi müdaxilələrlə bütün problemlər aradan qaldırılıb və ailəsinə sağlam bir şəkildə təhvil verilib.
ATU-nun Mətbuat Xidməti