Ana ölümlərinin sayı azalıb

Ana ölümlərinin sayı azalıb “Azərbaycanda ana ölümlərinin sayı azalıb. Ana ölümü göstəricisi ötən il hər 100 min doğulmuşa 13,8 promil olub”.

Tehsil-press.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova bu gün keçirilən tədbirdə bildirib.
Baş mama-ginekoloqun sözlərinə görə, hamilələrin qadın məsləhətxanalarına vaxtında müraciəti xəstəliklərin və ağırlaşmaların qarşısını almaq üçün vacibdir. “Qadın məsləhətxanaları 11 sahə üzrə fəaliyyət göstərir. Onların işi hamilələrin müayinəsi ilə yekunlaşmır. Hamiləliyin planlaşdırılması, qadınların sağlamlığı, doğuş və doğuşdan sonra yardımların göstərilməsi, onkoloji xəstəliklərin vaxtında aşkarlanması, sağlam həyat tərzinin təbliğatı, ana ilə uşaq arasında münasibətin formalaşması üçün analıq məktəblərinin təşkili də qadın məsləhətxanalarının işidir. Hətta sağlam hamilə qadın da ən azı 7 dəfə mürciət etməlidir. Təəssüf ki, hamilə qadınlar vaxtında həkimə müraciət etmirlər və hamiləlik zamanı ağırlaşan xəstəliklər vaxtında müalicə olunmur”, -S.Məmmədova qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər