Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tədbirlərdə şagirdlərə akademik Zərifə Əliyevanın həyat və yaradıcılığı barədə geniş məlumat verilib. Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, tibb elminin inkişafındakı müstəsna xidmətlərindən danışılıb. Zərifə xanımın əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığı qeyd edilib.
Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, Zərifə Əliyeva 10-a yaxın əsərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 200-ə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. O, həmçinin yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da böyük əmək sərf edib.
Tədbirlərdə şagirdlər tərəfindən anaya aid şeirlər, atalar sözləri, dahilərin ana barədə söylədikləri, illərin yaddaşından süzülüb gələn deyimlər səsləndirilib, mahnılar ifa edilib.
Tədbirlərdə akademik Zərifə Əliyevaya həsr edilən sənədli filmlər də nümayiş olunur.
Həmçinin, bəzi paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Zərifə Əliyevanın anım günü ilə bağlı Fəxri xiyabana ziyarətləri təşkil olunub.
Abid Şərifov