Ölkəmizdə tibb elminin inkişafında əvəzsiz xidmətləri olmuş, dünya oftalmologiya elminə böyük töhfələr vermiş görkəmli alim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın bu ilin aprelində 93 yaşı tamam olur.
Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Alicənablığına, səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə böyük ziyalı, nurlu şəxsiyyət olmuşdur. Akademik Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Respublikasının Şərur rayonun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Öz gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin İnstitutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə gətirir və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir. Moskva şəhərində vətənə qayıdan Zərifə xanım Əliyeva Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır.
Sonra o fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirir. Burda dosent, daha sonra isə kafedra müdiri vəzifələrində işləyir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır.
Görkəmli alim bütün dünyada birinci olaraq görmə orqanının peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin –peşə oftalmologiyasının əsasını qoymuşdur. Bakı Məişət Kondisionerləri Zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, həmin zavodun və digər iri sənaye müəssisələrinin işçilərinə müalicə köməyi də göstərilmişdir. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi məhz Zərifə xanımın adı ilə bağlıdır. Alimin apardığı fundamental tədqiqatlar ona böyük şöhrət gətirmiş və dünya oftalmologiyası məkanında məşhurlaşmışdır. Zərifə xanım Əliyeva bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “ Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
1981-ci ildə görmə orqanının peşə patalogiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə, akademik Zərifə Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Yeri gəlmişkən, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk alim-qadın idi.
1983-cü ildə Zərifə Əliyeva ADHTİ-nin oftalmologiya kafedrasının müdiri seçildikdən sonra fəaliyyət dairəsini daha da genişləndirir. O, “ Terapevtik oftalmologiya ” kitabının müəlliflərindən biri olmuşdur. Elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. Onun bu mövzuya dair baxışları oftalmoloji ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmış, “ Həkimin yüksək vəzifəsi ” və “ Oftalmologiyanın aktual problemləri ” monoqrafiyalarında ətraflı işıqlandırılmışdır.
1983-cü ildə gərgin elmi-təşkilati fəaliyyətinə və oftalmologiyanın inkişafındakı xidmətlərinə görə Zərifə xanım Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Böyük alim səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsi öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.
Akademik Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifi idi. Alim onlarca elmlər doktorunun və elmlər namizədinin rəhbəri olmuşdur. Akademik Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür və həm də o, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədəkarcasına çalışmış, respublika “ Bilik ” Cəmiyyəti İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyət İdarə Heyətinin “ Oftalmologiya xəbərləri ”jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Onun zəngin elmi, irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır.
Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin həm vəfalı ömür-gün yoldaşı, həm də sədaqətli dostu, etibarlı silahdaşı və qayğıkeş ana olmuşdur. Zərifə Əliyeva 1985-ci ildə Moskvada vəfat etmişdir.
Zərifə xanım yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hərbir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik məktəbi olmuşdur. Hələ də onu tanıyanlar bu böyük, nəcib insanı hörmətlə, məhəbbətlə yad edir, onun xeyirxah əməllərindən danışırlar.

Əkbər Hüseynzadə