Medvedev Heydər Əliyevin məzarı önündə

Medvedev Heydər Əliyevin məzarı önündə Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev aprelin 8-də Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Tehsil-press.az bildirir ki, Dmitri Medvedev Şəhidlər xiyabanını da ziyarət edib. O, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Rusiya Hökumətinin sədrinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Dmitri Medvedev Azərbaycan paytaxtının mənzərəsini seyr edib.

tehsil-press.az


Oxşar xəbərlər