Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə 700 bal toplamış dörd abituriyent görüşüb.
Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin məzunu Mahirə Əsədzadə, Zərifə Əliyeva adına liseyin məzunu Elmir Əhmədov, 220 nömrəli tam orta məktəbin məzunu Xəlidə Əliyeva və İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən tam orta məktəbin məzunu Vahab Cəbrayılov BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçəcəklər.
Görüşdə BANM-in professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
700 bal topladığına görə onları təbrik edən rektor vurğuladı ki Azərbaycanda bilikli gənclər məhz Ali Məktəbini seçir. Bildirilib ki, yüksək bal toplamış tələbələr gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə də örnək olacaqlar. Görüş zamanı qəbul imtahanlarının nəticələrinə görə ən yüksək bal toplayan abituriyentlər gələcəkdə ölkəmizin inkişafı üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.
Gənclərin valideynləri Məhəbbət Əsədov, Aytən Baxışova, Günay Cəbrayılova və Aygün Tağıyeva səmimi qəbula və təbrikə görə BANM-in rektoruna minnətdarlığını bildiriblər.
Qeyd edək ki, I ixtisas qrupu üzrə keçirilən imtahanlarda 700 bal toplamış beş abituriyentin dördü BANM-i seçirlər.

BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsi