MAGİSTRATURAYA QƏBUL İMTAHANINDA İLK İKİ YERİ BMU –nun TƏLƏBƏLƏRİ TUTUB

MAGİSTRATURAYA QƏBUL İMTAHANINDA İLK İKİ YERİ BMU –nun TƏLƏBƏLƏRİ TUTUB Dövlət İmtahan Mərkəzinin keçirdiyi magistraturaya qəbul imtahanının ilk turunda Bakı Mühəndislik Universitetinin iki tələbəsi mümkün 100 baldan 99 bal toplamışdır. İmtahanın ikinci mərhələsindən sonra isə ümumi nəticə üzrə yenə BMU-nun tələbələri topladıqları yüksək balla birinci və ikinci yeri tutublar.
Bunlardan respublika birincisi olan NəsibovYaşar Mənsur oğlu 1995-ci ildə Şəki şəhərində anadan olub. 2012-ci ildə Şəki şəhər Nizami adına 7 saylı tam orta məktəbi Qızıl medalla bitirib, 679 balla indiki Bakı Mühəndislik Universitetinin Dünya İqdisadiyyatı ixtisasına qəbul olub. Universitet müəllimlərinin obyektiv yanaşması nəticəsində 5 il ərzində “Prezident Təqaüdü” ilə oxuyan Yaşar qeyd edir ki,“ təhsilimi magistratura pilləsində davam etdirməyi düşünürdüm, ən əsası isə Respublika birincisi olmağı qarşıma məqsəd qoymuşdum. Bunun üçün kursların axtarışına başladım və ən məsləhətli kursda hazırlaşmağı qərara aldım. İlk oncə çətinliklərim oldu, iş, dərs və kurs bir arada çox çətin alınırdı. Ancaq zaman keçdikcə müəllimlərin səmimiliyi, daim tələbələri diqqət mərkəzində saxlamağı, bizim hər birimizə xüsusi diqqət göstərməyi sayəsində çətinliklərin öhdəsindən asanlıqla gəldim. Uğur qazanmaq üçün ailənin və yaxın insanları dəstəyi çox böyük amildir, bütün müəllimlərimə, mənə dəstək olan olanlara sonsuz təşəkkürümü bildirirəm.Əsas prioritet mənim üçün, ilk turda yüksək nəticə göstərmək idi, ancaq təbii ki,mümkün 100 baldan 99 baltopladim,2ci turda isə 50 baldan 47 bal toplayaraq ümumi nəticədə 146 balla ölkə birincisi oldum. Bakı Mühəndislik Universitetinin MBA səviyyəsi üzrə təhsil almaq istəyirəm. Son olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Bakı Mühəndislik Universitetinin müəllim heyətinə, hazırlaşdığım kursun kollektivinə təşəkkürümü bildirirəm.”
150 baldan 145 bal (97+48) nəticə ilə ikinci yeri tutan1995-ci ildə Masallı rayonunun Babaser kəndində anadan olmuş Əliyev Cavid Sakif oğludur. O, 2008-ci ilə qədər Masallı rayonunun Babaser kənd əsas məktəbində oxuyub, 2008-ci ildən başlayaraq təhsiliniindiki Lənkəran Istək liseyində davam etdirib. Orta təhsil dövründə ən böyük uğuru 2010-cu ildə Ruminiyada keçirilən XIV Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında (XIV JBMO) bürünc medala layiq görülməyi olub. 2012-ci ildə indiki Lənkəran Istək liseyində qızıl medalla bitirib,652 bal ilə Baki Mühəndislik Universitetinin Dünya İqtisadiyyati ixtisasına qəbul olan Cavid bakalavr təhsilinin son ilində magistratura imtahanınahazırlaşmağa qərar verib. Daha yaxşı nəticə əldə etmək üçün magistratura hazırlığında dominant kurslardan birində hazırlaşan Cavid Əliyev magistraturanın ilk mərhələsində 97 bal, 2-ci mərhələsində isə
48 bal toplamaqla, ümumi olaraq 150 baldan 145 bal (97+48) toplayaraq respublika II olub. Bu nailiyyətləri əldə etməkdə o, xüsusilə də 2-ci turda indiyə qədər ən yüksək nəticəni göstərməkdə hazırlaşdığı kursun kollektiv ilə yanaşı universitet müddətində dəyər verdiyim müəllimlərimin də əməyi çox olduğunu deyir. Hamısına oz təşəkkürümü bildirirəm. Magistr təhsilini davam etmək üçün ya BMU, ya Gürcüstandakı İSET, ya da İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətləri ixtisasını seçəcəyini bildirir və hələ qərarını tam dəqiqləşdirmədiyini qeyd edir. Əlavə olaraq, magistratura imtahanını uğurla verən hər kəsi təbrik edir və uğurunda əməyi keçən hər kəsə təşəkkür edir.

BMU-nun Mətbuat Xidməti


MAGİSTRATURAYA QƏBUL İMTAHANINDA İLK İKİ YERİ BMU –nun TƏLƏBƏLƏRİ TUTUB

MAGİSTRATURAYA QƏBUL İMTAHANINDA İLK İKİ YERİ BMU –nun TƏLƏBƏLƏRİ TUTUB

Oxşar xəbərlər