Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-cü kursunda təhsil alan Elşən Mikayılov BP şirkəti tərəfindən 18 avqust tarixində yay təcrübəçiləri üçün təşkil olunmuş “Techno Fest 2016” layihə təqdimatı yarışmasında 29 təcrübəçi arasından seçilərək birinci yeri tutub. Elşən Mikayılov özünün “Bridge Racking Crane Grip Guide İnterlock” adlı proqram təminatı yenilənməsi layihəsini yarışda uğurla təqdim edərək birinci yerə layiq görülüb. Bu ilin yayında BANM-in ümumilikdə, 17 tələbəsi BP-də istehsalat təcrübəsi keçib.
Qeyd edək ki, Mikayılov Elşən Rövşən oğlu 1996-cı ildə Göyçay rayonunda anadan olub. 2002-ci ildə Göyçay rayonu Qızılağac kənd tam orta məktəbində təhsil almağa başlayıb. Təhsil müddətində iki dəfə “İlin ən yaxşı şagirdi” adına layiq görülüb. 2013-cü ildə orta məktəbi bitirərək TQDK-nın ali məktəblərə I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında 682 bal toplayaraq BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına daxil olub və Prezident təqaüdünə layiq görülüb. Ali Məktəbdə keçirilən intelektual yarışlarda, seminar və təlimlərdə fəal iştirak edir. 2016-cı ildə BANM-də keçirilən “1-ci Robotiks Yarışması”nda “Moon Walkers” komandasının üzvü olaraq 2-ci yerə layiq görülüb.
Xatırladaq ki, keçən il BANM-in “Neft-qaz mühəndisliyi” ixtisası üzrə IV kursda təhsil alan tələbəsi Fidan Səlim-zadə də iyulun 2-dən sentyabrın 10-dək BP şirkətində yay istehsalat təcrübəsində olduğu zaman keçirilən “Texno Fest 2015” müsabiqəsinə qoşulmuşdu və I yeri qazanmışdı.
Məlumat üçün bildirək ki, BP-nin hər il həyata keçirdiyi “Texno Fest” adlı müsabiqə qlobal bir müsabiqədir və texniki sahədə innovasiyalara yönəlmiş ideyaların dəstəklənməsinə xidmət edir. BP-də çalışmaq arzusunda olan və BP-də yay təcrübəsi keçənlər, o cümlədən tələbələr üçün hər il şirkətdə “Texno Fest”yarışı təşkil olunur. Hər il gənc mühəndislər öz layihələrini təqdim etmək, təcrübə və nəticələri ilə bölüşmək imkanı qazanırlar.

BANM-nin Mətbuat Xidməti