Əliyeva Xalidə Vüqar qızı 6 yanvar 2000-ci ildə Lənkəran şəhərində anadan olub. Birinci sinifdən 5-ci sinifədək Sumqayıt şəhəri Texniki və Təbiət Elmlər Liseyində (TTEL) oxuyub. Altıncı sinifdən 8-ci sinifədək Lənkəran şəhəri 4 saylı məktəb-liseydə və orta təhsilini son üç ilində Bakı şəhəri Ə.Mahmudov adına 220 saylı məktəb-liseydə təhsil alıb. Tədris illəri ərzində yalnız 5-ci sinifdə bir fəndən “4” aldığı üçün əlaçı ola bilmədi. Məktəbdaxili tədbirlərdə təşkilatçı, sinif daxilində isə inzibatçı qismində çıxış edib.
Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üzrə keçirilən qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçəcək.
- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Necə düşünürsən, bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?
- 700 ballıq nəticə təkcə mənim deyil, valideynlərimin, mənə oxumağı, yazmağı öyrədən ibtidai sinif müəllimlərimdən indiki müəllimlərimədək hər kəsin uğurudur. Onların sevgisi, dəstəyi, inamı sayəsində mən bu uğuru əldə etdim. Özümə gəldikdə isə fərdi əzmkarlığım, inadkarlığım və çalışqanlığım mənə çox kömək edib. Mən şansa inanmıram. Fikrimcə, uğurun yeganə sirri çox çalışmaqdır. Həyatda özünüzə ən güclü rəqib və tənqidçi kimi özünüzü görməlisiniz. Xüsusi bir istedada gəldikdə isə, bəli, məncə, bir az istedad da lazımdır.
- Qəbul imtahanı necə keçmişdi? İmtahandan əvvəl və imtahandan sonrakı xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?
- İmtahan mənim üçün çox rahat keçmişdi. Sözün düzü, bundan əvvəl getdiyim sınaq imtahanlarında daha çox həyəcanlanmışdım. Ən böyük qorxum da bu imtahanda daha çox həyəcanlanmaq, mexaniki səhvlərə yol verməkdən idi. Amma şükür ki, belə hallarla üzləşmədim. Əksinə, çox sakit və təmkinli idim. İmtahandan sonrası isə mənim üçün daha gözəl yadda qaldı. İmtahanın keçirildiyi bina evimizə uzaq olduğu üçün biz evə çatandan sonra artıq televiziyadan cavabları verdilər. Bütün suallar düz çıxdıqdan sonrakı sevincimi heç cür ifadə edə bilmərəm. Hətta, o an sevindiyimdən hansı reaksiyanı verdiyim də yadımda deyil.
- Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?
- Ümumiyyətlə, hazırlıq prosesində və ondan əvvəl keçid balları ilə maraqlanmamışdım. Qorxurdum ki, bu məndə arxayınlıq hissi oyadar. Mənimsə hədəfim 700 bal idi. Ən sevdiyim fənn fizika idi və buna görə də 1- ci ixtisas qrupunu seçmişdim. Məktəbdə və hazırlıqda yoldaşlarımdan BANM haqqında eşitmişdim. Onların çoxu məhz BANM- də təhsil almaq istəyirlər və məndə də maraq oyatmışdılar. Ali təhsilim üçün istədiyim hər şeyin burada olduğunu düşünürəm. Seçdiyim ixtisas isə fizika ilə çox əlaqəlidir.
- Ən böyük arzun nədir?
- Ən böyük arzum vətənimə və valideynlərimə xeyirli övlad olmaqdır. Ölkəmizdə təhsilə çox yüksək qiymət verilir və bizə düşən sadəcə bunu dəyərləndirməkdir
- Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?
- Özümü gələcəkdə ali savadlı bir şəxs kimi görürəm. Gələcəyə dair planlarım çoxdur. Ən əsası bir neçə dil öyrənmək istəyim var. İlk növbədə rus dili və ingilis dilini mükəmməl öyrənmək istəyirəm. Sonra bir neçə dil daha. Bir də şahmatla maraqlanıram və bu sahədə istedadım olduğunu düşünürəm. Hələlik bu planlarımı həyata keçirməyi qarşıma məqsəd qoymuşam.

BANM-nin Mətuat Xidməti