BANM-in İctimaiyyətlə əlaqələr şöbəsi Prezident təqaüdçüləri ilə bağlı yeni bir layihəyə başlayır. Layihə “BANM-in prezident təqaüdçülərinə 10 sual” adlanır. BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Reyhanə Kərimli sualları cavablandırır.
- Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.
- Mənim adım Reyhanə Kərimlidir. 1998-ci il dekabr ayının 19-da Sabirabad rayonunda anadan olmuşam. 2005-ci ildə Belarusun Qrodno şəhərində təhsilə başlamışam. Sonra 2007-ci ildən Bakı şəhəri Nizami rayonu 272 saylı orta məktəbdə təhsilimi davam etdirmişəm və 2016-cı ildə həmin məktəbin məzunu olmuşam.
- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?
- İmtahan dövrü ilə bağlı unudulmaz təəssüratlarım var. Həmin dövrdə bir qədər həyəcan və narahatlıq keçirtməyimə baxmayaraq, imtahanda göstərdiyim nəticənin sayəsində bütün yorğunluq və sıxıntı bir anda xoş bir xatirəyə çevrildi.
- Nə qədər bal topladınız?
- Məqsədimin 700 bal olmasına baxmayaraq, qəbul imtahanında 690 bal toplayaraq Prezident təqaüdçülərinin sırasına daxil oldum.
- Niyə məhz BANM-i seçdiniz?
- BANM-in ilk açıldığı ildən yüksək bal toplayan tələbələrin buraya üz tutmasını görüb, “əgər nə vaxtsa yüksək bal toplasam, mən də buranı seçəcəyəm” - deyə düşünürdüm. 10-cu sinifdə oxuyanda BANM haqqında bir qədər də məlumat topladım və əmin oldum ki, məhz BANM mənim gələcək planlarımı gerçəkləşdirə bilər.
- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?
- Ailədə mənim kiçik yaşlarımdan oxumaq həvəsimin şahidi olmuşdular və həmişə mənim təhsilimi davam etdirməyimi dəstəkləyiblər.
- Ən böyük arzunuz nədir?
- Hər bir tələbə kimi mənim də arzularım, daha doğrusu, məqsədim var. Hazırda ən böyük məqsədim BANM-də yaradılmış şəraitdən istifadə edərək peşəkar mühəndis olmaqdır.
- İxtisasınız haqqında nə demək istərdiniz?
- Fikrimcə, hələlik hazırlıq kursunda oxuduğumdan ixtisasım haqqında tam məlumatım yoxdur, amma bu ixtisası seçməzdən əvvəl BANM-in rəsmi səhifəsindən və digər mənbələrdən maraqlanaraq “Proseslərin avtomatlaşdırılması mühəndısliyi” ixtisasının məhz mənim arzuladığım sahə olduğuna əmin oldum.
- Hobbiniz nədir?
- Boş vaxtımda əsasən, musiqiyə qulaq asıram, amma maraqlı kitaba rast gələndə oxuyuram, xoşuma gələn eskizlər görəndə onların rəsmini çəkirəm.
- Başqa hansı maraqlarınız var?
- Uşaqlıqdan rəqsə, gimnastikanın müxtəlif növlərinə, skripka və fortepiano musiqi alətlərinə marağım var. Həmçinin, ingilis dilindən başqa, gələcəkdə alman dilini də öyrənmək istəyirəm.
- Hansı janrda kitabları oxuyursunuz?
- Janrından asılı olmayaraq klassik əsərləri oxuyuram, amma oxuduğum kitabların içərisində daha çox povestlər üstünlük təşkil edir.
BANM-nin Mətbuat Xidməti