Prezident o kəndi tərk etməyən yeganə sakinə orden verdi

Prezident o kəndi tərk etməyən yeganə sakinə orden verdi Prezident İlham Əliyev Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin sakinini təltif edib.
Təhsil-press.az xəbər verir ki, doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Oqtay Həziyev 7 nəfərlik ailəsi ilə 23 ildir Cocuq Mərcanlıda yaşayır.
Sözügedən kənd 1994-cü ildən Azərbaycanın nəzarətində olsa da, burada yaşayış, demək olar ki, yox idi və kəndi bütün sakinləri tərk etmişdi. Həziyevlər isə yeganə ailədir ki, 23 ildir ki, düşmən snayperinin hədəfində, təhlükə altında yaşayırdılar.

Prezident o kəndi tərk etməyən yeganə sakinə orden verdi

Təhsil-press.az

Oxşar xəbərlər