Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində insan hüquqları aylığı çərçivəsində silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində insan hüquqları aylığı çərçivəsində silsilə tədbirlər keçirilib Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxana Şəhər Mədəniyyət Evi ilə birgə “Qanunun Aliliyi” Hüquq Resurs Mərkəzində “İnsan hüquqları bölünməzdir” adlı dəyirmi masa keçirib. Tədbirdə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zemfira Mustafayevanın, hüquqşünas Ədalət Qafarovun Azərbaycanda insan hüquqları gününün təsis olunması, insan hüquqları anlayışı və mahiyyəti, insan hüquqlarını və azadlıqlarını özündə yüksək səviyyədə ifadə edən beynəlxalq sənədlər və s. mövzularla bağlı mühazirələri dinlənilib.
Mərkəzi Uşaq Kitabxanasında 18 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə “Kiçik uşaqların böyük hüquqları” adlı dəyirmi masa keçirilib. Tədbirdə insan haqlarının ən mühüm və ayrılmaz tərkib hissələrindən biri olan uşaq hüquqları haqqında məlumat verilib, 18 saylı məktəbin kitabxana müdiri Rəfiqə Cavadovanın və müəllimə Həcər İsmayılqızının mövzu ilə bağlı mühazirələri dinlənilib.
Nizami Gəncəvi adına Kitabxana-klubda da “Hüquqlarımızı bilirikmi?” adlı dəyirmi masa keçirilib. Tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilib, video çarx nümayiş olunub, “İnsan hüquqları və azadlıqları” adlı sərgidən biblioqafik xülasə verilib.
Gənclər kitabxanasında S.Vurğun adına Mərkəzi kitabxananın Vahid Fondun Təşkili və İstifadəsi şöbəsi ilə birgə Hüquqlarımızı bilək” adlı sərgi (Açıq qapı) günü keçirilib. Gün ərzində müxtəlif oxucu qrupları ilə keçirilən tədbirdə insan hüquqlarının mahiyyəti, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq sənədlər, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, Müvəkkil təsisatının yaranması və fəaliyyəti barədə məlumatlar verilib.
C.Cabbarlı adına mədəniyyət evində keçirilən tədbirdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elman Məmmədov iştirak edərək iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər