"Made in Azerbaijan" qeyri-neft sektorunun 22 faiz artmasına səbəb olub

Neft məhsullarının ixracı zamanı xərclərin bir hissəsinin qaytarılması proqramı çərçivəsində bu ilin 6 ayı ərzində Azərbaycan ixracatçılarına 1,3 milyon manat qaytarılıb.
Təhsil-press.az-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev "Ticarətə hazır ol" layihəsinin açılış mərasimində deyib.
O qeyd edib ki, ixracın təşviqi və "Made in Azerbaijan" brendinin tanıdılması qeyri-neft sektorunun 22 faiz artmasına səbəb olub: "Ümumilikdə isə ixrac 44 faiz artıb".

Təhsil-press.az

Oxşar xəbərlər