İlham Əliyevdən yeni təyinatlar

İlham Əliyevdən yeni təyinatlar Azərbaycan Prezidenti İlham Əliyev Ali Məhkəmənin bəzi məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
1. Şəlalə Ağakərim qızı Məmmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin.
2. Əziz Cəfər oğlu Seyidov Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri təyin edilsin.
Prezidentin digər sərəncamına əsasən, bir sıra apellyasiya məhkəmələrinə də sədrlər təyin edilib:
“1. Tapdıq Şükür oğlu Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilsin.
2. Səadət İnayət qızı Bəktaşi Sumqayıt Apellyasiya Məhkəməsinin sədri təyin edilsin.
3. Rəşadət Əhməd oğlu Ağayev Şirvan Apellyasiya Məhkəməsinin sədri təyin edilsin.
4. Mübariz Dosməmməd oğlu Əkbərov Şəki Apellyasiya Məhkəməsinin sədri təyin edilsin.
5. Bu Sərəncamın 1-3-cü hissələri 2017-ci il iyulun 16-dan, 4-cü hissəsi 2017-ci il iyulun 28-dən qüvvəyə minir”.

Təhsil-press.az

Oxşar xəbərlər