Prezident İlham Əliyev Yasamal rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Yasamal rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub İyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Yasamal rayonunun Mətbuat prospektində yeni salınan parkda yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, antisanitariya mənbəyinə çevrilən ərazi bütövlükdə sökülərək müasir layihə əsasında yüksək səviyyədə tam abadlaşdırılıb. Burada çoxillik ağaclar əkilib, yaşıllıqlar salınıb. Parkda müasir standartlara uyğun işıqlandırma sistemi quraşdırılıb. Ətrafdakı yaşayış binaları ilə əlaqə qurulması, eləcə də insanların buraya rahat gediş-gəlişini təmin etmək üçün parkın yuxarı hissəsində yeni pilləkənlər tikilib və əlil arabaları üçün xüsusi yol salınıb. Əhalinin mədəni istirahətini təmin etmək məqsədilə çoxlu sayda oturacaq və parkın ərazisinin bir hissəsində idman qurğuları quraşdırılıb. Bundan əlavə, avtonəqliyyat vasitəsilə istirahət parkına gələn əhalinin rahatlığı üçün yeni parklanma sahəsi yaradılıb. Beləliklə, yeni parkın salınması ərazinin simasını tamamilə dəyişib və paytaxt sakinlərinin istirahəti üçün müasir tələblərə cavab verən daha bir istirahət guşəsi yaradılıb.
Xatırladaq ki, bundan əvvəl parkın yerləşdiyi ərazidə “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin inşası aparılırdı. Lakin tikintini həyata keçirən şirkət qanunları pozaraq ərazidəki 54 ağacı və yaşıllıqları tamamilə məhv etmişdi. Bu məsələyə Prezident İlham Əliyev dərhal və kəskin reaksiya verdi. Dövlətimizin başçısının göstərişi ilə “Ovçular evi” ərazisində inşa olunan həmin binanın tikintisi dayandırıldı, məsələ nəzarətə götürülərək araşdırılmağa başlandı. Əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edərək tikintini həyata keçirən şirkəti 130 min manat məbləğində cərimələdi və fakt üzə cinayət işi açıldı.
Prezident İlham Əliyev ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu dəfələrlə bildirib. Bu cür hallara qarşı daim ciddi tədbirlərin görülməsini, buna yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini tapşırıb. Azərbaycanı yaşıl diyara çevirməyi, paytaxtda və bölgələrdə ekoloji tarazlığı qorumağı daim diqqətdə saxlayan dövlətimizin başçısının bu sahəyə göstərdiyi qayğının nəticəsidir ki, 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilib. Bu sahədə vəziyyətin daim nəzarətdə saxlanması istiqamətində Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, dövlət proqramları xüsusi rol oynayıb. Odur ki, Yasamal rayonunun “Ovçular evi” adlanan ərazisində yaşayış binasının tikintisi zamanı ağacların qanunsuz kəsilməsi və yaşıllıqların tamamilə məhv edilməsi faktına dövlətimizin başçısının dərhal və kəskin reaksiyası bir daha təsdiqlədi ki, ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması Prezident İlham Əliyevin hər zaman diqqətindədir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən ərazidə salınan yeni park bunu bir daha təsdiq edir.
Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin professor və müəllim heyəti üçün tikilən binanın və ətrafdakı evlərin sakinləri ilə görüşdü.

Prezident İlham Əliyev Yasamal rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olubPrezident İlham Əliyev Yasamal rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olubPrezident İlham Əliyev Yasamal rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olubPrezident İlham Əliyev Yasamal rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub

Təhsil-press.az

Oxşar xəbərlər